AZ

Bu il Şəkidə 1620 hektar sahədə tütün əkini proqnozlaşdırılır

Şəki, 16 yanvar, Mustafa Dadaşov, AZƏRTAC

Bu il Şəki rayonunun təsərrüfatlarında 1620 hektar sahədə tütün əkini proqnozlaşdırılır. Sahələrin 1320 hektarına “Virciniya botaniki”, 300 hektarına isə yerli tütün sortlarının əkilməsi nəzərdə tutulur.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin Bitkiçilik sektorunun baş məsləhətçisi Sahib Abdulhəmidov məlumat verib. Qurum rəsmisi bildirib ki, hazırda əhaliyə məxsus şəxsi təsərrüfatlarda tütün şitillərinin yetişdirilməsi üçün istehsalçılar tərəfindən hazırlıq işləri görülür. Toxum səpiləcək sahələr şumlanır, hamarlanır, səpin üçün hazır vəziyyətə gətirilir. Tütün şitillərinin yetişdirilməsi üçün fevralın əvvəlindən etibarən təsərrüfatlarda 51 min kvadratmetr sahədə sadə istixanaların hazırlanması işlərinə başlanılacaq.

Xatırladaq ki, ötənilki mövsümdə şəkili fermerlər 1601 hektar sahədən 4528 ton quru tütün əldə ediblər. Tütün istehsalı əvvəlki illə müqayisədə 381 ton artıb.

Seçilən
2
azertag.az

1Mənbələr