AZ

Eşitmə itkisi bu xəstəlikdən xəbər verir

İngiltərənin Lancaster Universitetinin alimləri eşitmə itkisi ilə Parkinson xəstəliyinə tutulma riskinin artması arasında əlaqə olduğunu müəyyən ediblər.

"Unikal" xəbər verir ki, araşdırmanın nəticələri "Parkinsonism and Related Disorders" jurnalında dərc olunub.

Tədqiqatda sağlamlıq məlumatları UK Biobank tərəfindən təqdim edilmiş 159,395 yetkin könüllü iştirak edib.Tədqiqatın başlanğıcında iştirakçılar nevroloji xəstəliklərdən, o cümlədən Parkinson xəstəliyindən əziyyət çəkməyiblər.

İlk mərhələdə alimlər xüsusi testlərdən istifadə etməklə iştirakçıların eşitmə qabiliyyətini qiymətləndiriblər. 

Araşdırma zamanı 810 könüllüdə Parkinson xəstəliyi aşkarlanıb. Bildirilir ki, eşitmə qabiliyyətinin hər on dəfə azalması ilə xəstəliyin inkişaf riski 57% artır. 

Elm adamları eşitmə qüsurunun bu neyrodegenerativ xəstəliyin əsas tetikleyicisi olmaya biləcəyini təklif edirlər. Tədqiqatçıların fikrincə, bu iki patologiyanın meydana gəlmə mexanizmləri oxşar ola bilər və ya digər dolayı yollarla bir-birinin inkişafına vasitəçilik edə bilər.

Gülayə Mecid

Seçilən
1
unikal.az

1Mənbələr