AZ

Gənc alimin işdən çıxarılmasının səbəbi açıqlandı

SOCAR nəzdində "Ekol Mühəndislik Xidməti" QSC ehtiyatda olan baş leytenant, 17 ildir, gənc ekoloq-alim kimi fəaliyyət göstərən Nazim Tahir oğlu Məmmədovun işindən azad edilməsi məsələsinə aydınlıq gətirib. 

 

QSC-dən Pravda.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Nazim Məmmədovla “Ekol Mühəndislik Xidmətləri” QSC arasında 2022-ci ildən əmək münasibətlərinə başlanılıb və onunla müddətli əmək müqaviləsi bağlanılıb: “2025-ci ilin yanvar ayında isə müddətli əmək müqaviləsinin müddəti bitdiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən, fəaliyyətinə xitam verilib. Qeyd etmək vacibdir ki, “Ekol Mühəndislik Xidmətləri” QSC olaraq SOCAR-ın korporativ dəyərlərinə uyğun şəkildə bütün işçilərimizə yüksək həssaslıq və qayğı ilə yanaşırıq”. 

 

Xatırlatma: Nazim Məmmədov 3 azyaşlı övladını tək himayə edir. 14 yaşlı böyük övladı ürək qüsurundan əziyyət çəkir. O, Pravda.az-a açıqlamasında övladlarının sosial durumunun ğır olduğunu, gənc alim kimi elmi fəaliyyətinə, peşəkar mütəxəssis olmasına önəm verilmədyini demişdi. 

 

Aytəkin Qardaşova 

Tarix: 16 Yanvar 2025, 16:28   
Seçilən
5
pravda.az

1Mənbələr