AZ

"Evimdə 2 övladım böyüyür, elə paylaşımlar edən insanın dəfnində nə işimvar?" - Rövşən İsax

“Sosial şəbəkələrdə elə şeylər paylaşan bir insanın dəfnində mənim görünməyim nə dərəcədə düzgündür? Mənim evdə iki övladım böyüyür”.
  Bu sözləri Manset.az-a açıqlamasında tanınmış rejissor Rövşən İsax bildirib. Rejissor əlavə edib ki, onun mərhum aktrisa ilə hər hansi bir problemi olmayıb, sadəcə davranışlarına görə ona münasibəti yaxşı deyil: “Allah rəhmət eləsin, mənim onunla bir prinsipim olmayıb, bir problemim olmayıb, bir davam olmayıb. Sadəcə olaraq, mən fikirləşmişəm ki,mən ora  gedərəm, onun haqqında məndən nəsə soruşarlar, gərək nəsə deyim. Ölən adam haqqında pis nəsə demək mədəniyyətsizlikdir.  Yaxşı da nə deyim? Mən onu dəvət edəndə, çəkiliş müddətində mən o adamdan əksik heç bir hərəkət görməmişəm. O məşhurlaşandan sonra yaşına yaraşmayan hərəkətlər eləməyə başladı. Mən də əlaqəni tamamilə kəsdim. Mən kiməm ki, onun həyatına müdaxilə edim? Deyim, belə eləmə ayıbdır, belə eləmə ayıbdır. "Vicdan Haqqı" serialı bitib və mənim o adamla heç bir vaxt əlaqəm olmayıb.  Nə nömrəsi var məndə, nə onun yaxın ətrafından danışdığım adamlarla heç bir əlaqəm olmayıb. Nə işlə məşğul olub qətiyyən xəbərim olmayıb”. Rövşən İsax Çimnaz Sultanova haqqında vaxtilə ATV kanalının efirində səsləndirdiyi " Onunla salamlaşmağı özümə ayıb bilirəm" çıxışına da aydınlıq gətirib: “Allaha and olsun efirimdəki çıxışımdan sonra Çimnaz mənə zəng etməyib. Mən onun haqqında axı əskik bir şey demədim. Dedim ki, mən ona salam verməyi utanıram. Bitdi”. Tanınmış rejissor sosial şəbəkələrdə Çimnazı məşhurlaşdırdığı üçün onu qınayanlara  da münasibət bildirib: “Təsəvvür edin ki, çəkildiyi filmə görə aktyor və aktrisaya böyük məbləğdə qonarar verirəm. Həmin şəxslər əldə etdiyi qazancla sonradan gedib hər hansı bir vərdişlə məşğul olurlar. Bu o deməkdir ki, onları pis yola mən çəkmişəm? Bu nə yanaşmadır?”. Qeyd edək ki, 43 yaşında dünyasını dəyişən aktrisanın dəfninə vaxtilə çəkildiyi “Vicdan haqqı” serialının rejissoru Rövşən İsax və yaradıcı heyətin əksəriyyəti getməyib. Bu da sosial şəbəkədə müzakirələrə səbəb olub.  

 

Seçilən
3006
24
manset.az

10Mənbələr