AZ

ABŞ Baydenin Putinlə münasibətlərdə ciddi səhvinə işarə edib

ABŞ prezidenti Co Bayden Ukraynada xüsusi əməliyyat başlamazdan əvvəl Rusiya prezidenti Vladimir Putinlə danışıqlardan imtina edərək səhvə yol verib. 

NOCOMMENT.az xəbər verir ki, Amerika Birləşmiş Ştatlarında yerləşən Amerika Mühafizəkarlar (AC) nəşri Amerika liderinin rusiyalı həmkarı ilə münasibətlərdə yanlış hərəkətinə diqqət çəkib .

“Prezident kimi o, [Bayden] Avropada ən pis çıxış etdi, Gürcüstan və Ukraynanın NATO- ya üzvlüyünü təşviq etmək , habelə Ukraynada hərbi əməliyyatlar başlamazdan əvvəl Vladimir Putinlə danışıqlardan imtina etmək kimi ən ciddi səhvlərə yol verdi”. 

AC həmçinin vurğuladı ki, Bayden Ukrayna ordusu təslim olana qədər Rusiya iqtisadiyyatının çökəcəyinə ümid edirdi.

Bundan əvvəl Bayden amerikalılara vida nitqi söyləyib. O, vətəndaşları Birləşmiş Ştatların dəyərlərini qorumağa çağırıb, həmçinin administrasiyasına və vitse-prezident Kamala Harrisə təşəkkür edib.

Seçilən
5
nocomment.az

1Mənbələr