Bakıda, Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı hazırlıq işləri davam edir.
Xiyabanın girəcəyində Hüzn günü ilə bağlı müxtəlif rəngli güllərdən ibarət kompozisiyalar yaradılır.
Bu işlərə təcrübəli mütəxəssislər, landşaft-dizaynerləri cəlb olunub.
Hazırlıq işlərinin yanvarın 19-dək başa çatdırılması planlaşdırılır.