“Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı hədsiz emosional mənfi reaksiyası çaşqınlıq yaradır”.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə deyib.
“Biz hər zaman İrəvandan Ermənistanın söz azadlığına sadiq olduğunu eşitmişik, üstəlik də, hazırkı Ermənistan rəhbərliyi bunu özünün imperativi edib. Bu, birincisi... İkincisi isə, bizim rəsmi mövqeyimiz İrəvana yaxşı məlumdur. Bu mövqeyin məğzini biz dəfələrlə bəyan etmişik, o cümlədən brifinqlərimizdə”, - deyə Zaxarova bildirib.