AZ

Trampın kürəkəni Albaniyada kurorta milyardlıq sərmayə qoyub

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın kürəkəni Jared Kuşner Albaniyada 1,4 milyard dollara lüks kurort tikəcək.

Qaziler.az bildirir ki, bu haqda “Bloomberg” məlumat dərc edib.

Kurort 5,6 kvadrat km. ərazini əhatə edir və Albaniyanın cənubunda İon dənizindəki Sazan adasında tikiləcək. Baş nazir Edi Ramanın sədrliyi ilə Albaniya Nazirlər Kabinetinin Strateji İnvestisiyalar üzrə Komitəsi Donald Trampın andiçmə mərasiminə bir neçə gün qalmış, yanvarın 15-də sazişi təsdiqləyib. Layihə ekoloji qiymətləndirmədən keçəcək. Albaniya hökuməti tərəfindən müəyyən edilmiş şərtlər pozulduğu təqdirdə layihənin həyata keçirilməsi üçün verilən icazə ləğv edilə bilər.

Qeyd edilib ki, 2024-cü ildə Albaniyaya 11,7 milyon xarici turist gəlib.

QAZİLER.AZ

Seçilən
2
qaziler.az

1Mənbələr