“Sosial şəbəkələrdə elə şeylər paylaşan bir insanın dəfnində mənim görünməyim nə düzgündür? Mənim evdə iki övladım böyüyür”.
Bu sözləri tanınmış rejissor Rövşən İsax bildirib. Rejissor əlavə edib ki, onun mərhum aktrisa ilə hər hansi bir problemi olmayıb, sadəcə davranışlarına görə ona münasibəti yaxşı deyil:
“Allah rəhmət eləsin, mənim onunla bir prinsipim olmayıb, bir problemim olmayıb, bir olmayıb. Sadəcə olaraq, mən fikirləşmişəm ki,mən ora gedərəm, onun haqqında məndən nəsə soruşarlar, gərək nəsə deyirəm. Ölən adam haqqında pis nəsə demək mədəniyyətsizlikdir. Yaxşı da nə deyirəm? Mən onu dəvət edəndə, çəkiliş şəbəkəsində mən o adamdan əksik heç bir hərəkət görməmişəm. O məşhurlaşandan sonra yaşına yaraşmayan hərəkətlər etməyə başladı. Mən də əlaqəni kəsdim. Mən kiməm ki, onun həyatına kömək edim? Deyim, belə eləmə ayıbdır, belə eləmə ayıbdır. "Vicdan Haqqı" serialı bitib və mənim o adamla heç vaxt əlaqə saxlamadım. Nə nömrəsi var məndə, nə onun yaxın ətrafından danışdığım adamlarla heç bir əlaqəm olmayıb. Nə işlə məşğul olub qətiyyən xəbərim olmayıb”.
Rövşən İsax Çimnaz Sultanova haqqında vaxtilə ATV kanalının çıxışında " Onunla salamlaşmağı özümə ayıb bilirəm" çıxışına da aydınlıq gətirib: “Allaha efirimdəki çıxışımdan sonra Çimnaz mənə zəng olsunb. Mən onun haqqında axıra qədər bir şey demədim. Dedim ki, mən ona salam verməyi utanıram. Bitdi”. Tanınmış rejissor sosial şəbəkələrdə Çimnazı məşhurlaşdırdığı üçün onu qınayanlara da münasibət bildirib:
“Təsəvvür edin ki, çəkildiyi filmə görə aktyor və aktrisaya böyük imkan verirəm. Onlar tərəfindən əldə edilən qazancla sonradan hər hansı bir gedib hansı bir vərdişlə məşğul olurlar. Bu o idarə ki, onları pis yola mən çəkmişəm? Bu nə yanaşmadır?”.
Qeyd etmək lazımdır ki, 43 yaşında yaşlı aktrisanın dəfninə vaxtilə çəkildiyi “Vicdan haqqı” serialının rejissoru Rövşən İsax və yaradıcı heyətin məsuliyyəti getməyib. Bu da sosial şəbəkədə mübahisələrə səbəb olub.