AZ

Kompot butulkasında saxlanılan təmizləyici məhsuldan içdi - xəstəxanaya yerləşdirildi

Leninqrad vilayətində üç yaşlı məktəbəqədər uşaq təsadüfən təmizləyici məhsul qəbul etdikdən sonra reanimasiyaya yerləşdirilib. 

News24.az xəbər verir ki, bu barədə 78.ru məlumat yayıb.

Nəşrin məlumatına görə, hadisə bu gün Qatçina rayonunda baş verib. Zərərçəkənin atasının dediyinə görə, qızı kompot butulkasında saxlanılan təmizləyici məhsuldan içib. Qida borusu yanmış uşaq yerli uşaq xəstəxanasına aparılıb. Əvvəlcə ona reanimasiyada yardım göstərilsə də, kəskin vəziyyəti yüngülləşdikdən sonra adi palataya köçürülüb.

Rusiya Federasiyası İstintaq Komitəsinin bölgə üzrə İstintaq İdarəsinin mətbuat xidməti hadisə ilə bağlı araşdırma apardıqlarını bildirib.


Məryəm İlhamqızı


Seçilən
2
news24.az

1Mənbələr