AZ

Uşaqları telefon asılılığından necə qurtaraq? – Psixoloqdan çıxış yolu

Son zamanlar təkcə böyüklərin deyil, uşaqların da günlərinin çox hissəsini telefon və televizor kontaktında keçirtdiklərinin şahidi oluruq. Mütəxəssislər bunun bir çox fəsadı olduğunu düşünürlər. Pozitiv Psixologiya Mərkəzinin rəhbəri, Beynəlxalq sertifikatlı psixoloq Fidan Məmmədzadə isə təkcə problemin özündən danışmır, həm də çıxış yollarını göstərir:

“Gün ərzində televizor və telefondan izlədiyimiz hər şey bizə öz təsirini göstərir. Bu, ən çox da uşaqlarda aqressiya, diqqət yayğınlığı, bəzi hallarda isə qorxularla müşahidə oluna bilər.

Bəzən valideynlər düşünürlər ki, yemək zamanı uşağın qarşısına telefon qoymaq heç də qorxulu deyil və bunun mənfi nəticəsi olmaz. Amma bu, belə deyil. Bu cür vərdişin sonunda uşaqlar telefon olmadan yeməkdə çətinlik çəkirlər. Digər problem də odur ki, izlədiklərindən asılı olaraq uşaqlarda diqqət yayğınlığı əmələ gəlir, yaşıdları ilə sosiallaşması və fikir ifadəsi azalır. Əgər uşaqda telefon asılılığı yaranıbsa və valideyn bunun qarşısını almaqda çətinlik çəkirsə, sözsüz ki, bu halda mütləq şəkildə mütəxəssisə müraciət edilməlidir. Yaxşı olar ki, uşaqlarımız telefona ayırdığı vaxtı oyuncaqları, ya da yaşıdları ilə keçirtsinlər. Uşağın valideyni ilə hər gün oyun saatları olmalıdır. Və bu aktiv oyun vaxtı onun inkişafı üçün çox vacibdir. 0-3 aralığında ümumiyyətlə telefon və televizor kontaktı olmamalıdır. Yaş mərhələsi artdıqca isə biz uşağa sözügedən texniki vasitələrdən istifadəyə vaxt qoymalıyıq. Əgər biz uşağı telefon asılılığından xilas etmək istəyiriksə, onun boş vaxtını əyləncəli keçirəcəyi zamanla doldurmalıyıq.

Seçilən
14
yenicag.az

1Mənbələr