AZ

"Meta" süni intellektə görə yüzlərlə işçini ixtisar edəcək

"Meta"nın 2025-ci il üçün böyük planları arasında atılacaq ilk addımlardan biri şirkətin işçi qüvvəsinin 5 faizini ixtisar etmək olacaq.

Publika.az xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.

Bildirilib ki, şirkət süni intellektin inkişafını artırmaq üçün 3600 nəfəri işdən çıxarmağı planlaşdırır.

Aşağı nəticə göstərən işçilər müəyyən ediləcək və onlar işdən çıxarılmazdan əvvəl ətraflı qiymətləndirmədən keçəcəklər. İxtisar olunacaq işçilərə müvafiq kompensasiya ödəniləcək.

Seçilən
2
2
publika.az

3Mənbələr