AZ

Teleaparıcı efirdə təcili tibbi yardımı tənqid etdi - Qurumdan AÇIQLAMA - VİDEO

"Kanal S" televiziyasının aparıcısı Nigar Fərhadın efirində gərgin anlar yaşanıb.  

Efirdə halı pisləşən şikayətçi üçün Respublika Təcili Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə zəng edilsə də, 7 dəqiqə ərzində operatorlar telefonlara cavab verməyib.

Nigar Fərhad aparıcısı olduğu efirdə bunu işıqlandırıb və qurumun əməkdaşlarını sərt tənqid edib.
 
Bu fakt sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Bəzi vətəndaşlar da anoloji problemlə qarşılaşdığını deyiblər. 
 
Bəs, niyə 103 Çağrı Mərkəzinin operatorları zənglərə cavab verməyərək xəstələrin çağırışına biganə yanaşırlar? Həqiqətən belə bir fakt mövcuddurmu?
 
Mövzu ilə əlaqədar AZXEBER.COM TƏBİB-ə sorğu ünvanlayıb.
 
Qurumdan sorğumuza cavab olaraq bildirilib ki, son günlər təcili tibbi yarım xidmətlərinə müraciətlər çox olur, təkcə Bakı şəhəri üzrə gün ərzində 3 minə yaxın müraciət qeydə alınır:
 
"Son günlər təcili tibbi yardım xidmətinə daxil olan müraciətlərin sayında kəskin artım müşahidə olunur. Təkcə Bakı şəhəri üzrə gün ərzində 3000-ə yaxın müraciət daxil olur. Halbuki əvvəlki günlərdə bu göstərici 2000 civarında olub. Mövsümlə əlaqədar olaraq hava-damcı yolu ilə yayılan virus infeksiyalarının artması da çağırışların sayının artmasına səbəb olub".
 
Qurumdan əlavə edilib ki, çağırışlardan 500-ə yaxını əsassız olur:
 
"Bundan əlavə onu da qeyd edək ki, çağırışlardan 500-ə yaxını əsassız müraciətlərdir. Əsassız çağırışların sayının üstünlük təşkil etməsini əsas götürərək, vurğulamaq istəyirik ki, təcili tibbi yardım fəaliyyətinin bilərəkdən əsassız olaraq məşğul edilməsi inzibati məsuliyyət yaradır. İnzibati Xətalar Məcəlləsinin 564-cü maddəsinə müvafiq olaraq həmin şəxslər barədə cərimə tətbiqi də nəzərdə tutulur".
 


Seçilən
28
10
7news.az

10Mənbələr