AZ

Qərbi azərbaycanlıların hüquqlarının ermənilər tərəfindən qəsb edilməsinə imkan verməyəcəyik - ÖZƏL

"Hesab edirəm ki, azərbaycanlıların Qərbi Azərbaycandan, indiki Ermənistan ərazisindən, evindən-eşiyindən zorla didərgin salınaraq qovulan azərbaycanlıların öz doğma torpaqlarına qayıtması, onların ən təbii   hüquqlarıdır". 

Bunu Olaylar.az-a açıqlamasında Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü deyib.

"Mənəvi, tarixi, ideoloji, siyasi, sosial, hardan baxsaq, hansı yöndən baxsaq, beynəlxalq siyasət, geosiyasət, dəxli yoxdu,  qərbi azərbaycanlılar bu məsələdə haqlı tərəfdirlər. Onlar öz evlərindən-eşiklərindən zorla didərgin salınıblar, ora qayıtmalıdırlar və qayıdacaqlar da. Onlar dinc, ləyaqətli şəkildə ora qayıtmalı və orada yaşamaq hüquqlarını əldə etməlidir. Onların hüququ var və onlar bu hüquqlarından istifadə etməlidir. Azərbaycan dövləti bu məsələni ən yüksək səviyyədə diqqətdə saxlayır. 
Azərbaycan Prezidenti İlham Əliyevin müsahibə və çıxışlarında Azərbaycan dövlətinin, müxtəlif strukturlarının, rəsmi və qeyri-rəsmi şəxslərin davamlı olaraq bu məsələni diqqətdə saxlaması çox müsbət hadisədir. Bu o deməkdir ki, biz  Qərbi azərbaycanlıların təbii hüquqlarının ermənilər tərəfindən qəsb edilməsinə imkan və icazə verməyəcəyik. Bu qayıdış mütləqdir. Ermənistan bunu gec-tez icra edəcəkdir. Bizim tövsiyəmiz budur ki, Ermənistan bu məsələni gecikdirməsin, tez bir şəkildə bunu icra etsin və azərbaycanlıların ora qayıtmasına nəinki razılıq versin, hətta dəstək olsun. Əgər Ermənistan bölgədə sülh və sabitlik, sülh sazişinin imzalanmasını istəyirsə, real olaraq bu proseslərin gerçəkləşməsini istəyirsə, onların yolu həm də Qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıdışından keçir. Ona görə də  hesab edirəm ki, bu məsələlər Azərbaycan üçün nə dərəcədə həssasdırsa, önəmlidirsə, Ermənistan üçün də o qədər həssas və önəmli olmalıdır və bu məsələ təmin olunmalıdır, gerçəkləşdirilməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
0
olaylar.az

1Mənbələr