AZ

Tramp ABŞ-da “TikTok” sosial şəbəkəsini saxlamağa çalışır

Bakı, 16 yanvar, AZƏRTAC

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın administrasiyası “TikTok” sosial şəbəkəsini ölkədə saxlamağın yolunu tapmağa çalışır.

AZƏRTAC xəbər verir ki, Trampın gələcək administrasiyasının milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts bu barədə “Fox News” telekanalına müsahibəsində deyib.

“TikTok” fantastik platformadır. Mən onun telefonumda olmasını çox istərdim. Alqoritm heyrətamizdir. Biz bunu qorumaq üçün bir yol tapacağıq”, - deyə Mayk Uolts bildirib.

“Washington Post” qəzeti isə Donald Trampın ABŞ-da “TikTok” sosial şəbəkəsinin bloklanmasının qarşısını şəxsi fərmanı ilə almaq imkanını nəzərdən keçirdiyini yazıb.

Qeyd edək ki, 2024-cü ilin aprelində ABŞ-ın hazırkı Prezidenti Cozef Bayden ölkədə fəaliyyətinə qadağa qoyulması təhlükəsi altında “TikTok” sosial şəbəkəsinin Amerika şirkətinin nəzarətinə verilməsini nəzərdə tutan qanunu imzalayıb. Həmin qanun yanvarın 19-da qüvvəyə minə bilər. Donald Tramp isə yanvarın 20-də vəzifəsinin icrasına başladıqdan sonra mübahisəni həll edə bilməsi üçün Ali Məhkəməni sosial şəbəkəyə qoyulan qadağanı təxirə salmağa çağırıb.

Seçilən
6
1
azertag.az

2Mənbələr