AZ

"Bavariya"da özümü xoşbəxt hiss edirəm"

"Bavariya"nın vingeri Leroy Sane "Hoffenhaym"la oyundan (5:0) sonra gələcəyi ilə bağlı açıqlama verib.

90deqiqe.Az xəbər verir ki, "Bayern&Germany" almaniyalı futbolçunun dediklərini belə çatdırıb.

"Bavariya"da özümü yaxşı hiss edirəm. Hər şey yaxşıdır. Gəlin görək gələcəkdə nə olacaq. Hər bir futbolçu özünü göstərməlidir, mən də istisna deyiləm. Mənim üçün əsas olan komandaya kömək etməkdir. Eyni ruhda davam etməliyik. Mövsümün ilk yarısı başa çatıb, komandada hər kəs baş verənlərdən həzz alır, düşünürəm ki, azarkeşlər bunu görür. Biz güclü tərəflərimizin nə olduğunu bilirik, onlardan meydanda istifadə etməyə davam etməliyik”

29 yaşlı futbolçunun "Bavariya" ilə müqaviləsi mövsümün sonuna qədər nəzərdə tutulub.

Seçilən
2
90deqiqe.az

1Mənbələr