İtaliyanın müdafiə naziri Quido Krosetto Ukraynaya səfər edib. SİA xəbər verir ki, bu barədə İtaliyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, italiyalı nazir Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək. O, həmçinin səfər çərçivəsində bir sıra institusional görüşlər keçirəcək.