AZ

“Ümid 2025” incəsənət müsabiqəsi baş tutdu - FOTO

"Azərbaycan Gənclər İttifaqı" və "Azərbaycan Rəqs Asossasiyası"nın birgə təşkilatçılığı ilə "Ümid 2024" İncəsənət müsabiqəsi keçirilib. Müsabiqə 2 gün olmaqla Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında baş tutub.

Yeni ilə yeni ümidlərlə başlamaq, gənc istedadları üzə çıxarmaq məqsədilə artıq 9 ildir ki, təşkil olunan "Ümid" İncəsənət müsabiqəsinin bu ilki yarışmasına həm paytaxt şəhərimiz Bakıdan, həm də respublikamızın digər regionlarından minlərlə istedadlı uşaq və gənclər qatılıb. Onlar uyğun yaş qruplarına bölünərək incəsənətin müxtəlif növləri(xalq çalğı alətləri, klassik alətlər, vokal, rəqs, təsviri sənət, teatr) üzrə öz performanslarını nümayiş etdiriblər.

Bütün çıxışlar ölkəmizin dəyərli, əməkdar və incəsənət xadimlərindən ibarət olan münsiflər heyəti tərəfindən qiymətləndirilib. 

Müsabiqənin ilk günü bədii qiraət, xalq çalğı alətləri üzrə münsiflər:

Vüqar Musalı- İncəsənət Gimnaziyasının müəllimi, "Muğam-Televiziya" müsabiqəsinin qalibi
Mübariz Əliyev- Azərbaycan Milli Konservatoriyasının dosenti, "Sənətşünaslıq" üzrə fəlsəfə doktoru 
Vüsal İsgəndərli- Azərbaycan respublikasının Əməkdar artisti, tar ifaçısı Müsabiqənin ikinci yarısında rəqs incəsənəti üzrə qatılan iştirakçılar Folklor Etnik, Folklor Stilizasiya, Folklor Show, Dünya Xalqları Rəqsi, Hip-hop Show, Akrobatik rəqs, Showdance, Bollywood, Belly dance, Klassik Hind rəqsi, Cheer Dance, Klassik rəqs növləri üzrə 3 hissədən ibarət olmaqla solo, duet, kiçik və böyük qruplar, ansambl və böyük ansambl formasında çıxış ediblər.

Qaliblər münsif heyətinin- Ülviyyə Həsənova, Rimma Məmmədova, Natəvan Əliyevanın peşəkar dəyərləndirməsi nəticəsində müəyyən edilib.

İkinci günnün ilk yarısı akademik vokal, estrada vokalı, akademik alətlər üzrə münsiflər:
Axundova Könül-Bakı Musiqi Akademiyasının baş müəllimi, "Tərəqqi medalı"nııın sahibi Rzanyeva Arzu- Bakı Musiqi Akademiyasının "Fortepiano" fakültəsinin dosenti Kəbirlinskaya Elnarə- Bakı Musiqi Akademiyasının professoru, Azərbaycan Respublikasının Əməkdar artisti Günün ilk ikinci yarısı akademik vokal, estrada vokalı, akademik alətlər üzrə münsiflər:

Ağayeva Sevda -Fəlsəfə elmləri doktoru, AMK nəzdində İncəsənət Gimnaziyasının fortepiano müəllimi 
Abbasova Nuridə -Sənətşünaslıq üzrə fəlsəfə doktoru, BMA "Fortepiano" kafedrasının dosenti 
Şahməmmədova Naibə- Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent. Azərbaycan Milli Konservatoriyasının müəllimi, Əməkdar müəllim 2 günlük irimiqyaslı müsabiqənin sonunda "Azərbaycan Rəqs Asossasiyası"nın prezidenti Əziz Əzizov bildirib: " Bu festival uşaqlarda mədəniyyətin müxtəlif sahələrinə maraq oyadılması, yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, yeni istedadların üzə çıxarılması və dəstəklənməsinə xidmət edir. Biz uşaq və gənclərimizin incəsənətlə iç-içə olmasına vasitəçilik etdiyimiz üçün çox şadıq". Eyni zamanda, Əziz Əzizov çıxışlarına görə bütün iştirakçılara, bədii rəhbərlərə və ədalətli seçimlərinə görə dəyərli münsiflər heyətinə öz təşəkkürünü bildirib.

Qeyd etmək lazımdır ki, müsabiqədə xüsusilə fərqlənən iştirakçılar "Grand prix" adı ilə mükafatlandırılıblar. 
Müsabiqədə inkluziv iştirakçılar olan Hüseyn Məlikbəyli I yer laureata, Ayxan Quluzadə isə Grand prix mükafatına layiq görülüblər.

"JAM SS TEATR"ın yeniyetmələri isə teatr incəsənəti üzrə "Bremen musiqiçiləri" çıxışları ilə birincilik əldə ediblər.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
3
milli.az

1Mənbələr