Suriya İsrail vətəndaşlarının ölkəyə girişini qadağan edib.
Musavat.com xəbər verir ki, “Turkish Airlines” aviaşirkəti Suriyanın yeni hakimiyyət orqanlarının İsrail vətəndaşlarının daşınmasını qadağan etdiyini bildirib.
Məlumat aviaşirkətin rəsmi saytında yerləşdirilib.
“Turkiye Today” nəşri də bunu təsdiqləyib.
Bundan əvvəl İran vətəndaşlarının da Suriyaya girişinə qadağa qoyulduğu bildirilib.
Musavat.com