AZ

Nazir: Bu gün Azərbaycan-Gürcüstan münasibətləri ən yüksək səviyyədədir

Azərbaycan-Gürcüstan xalqları arasında münasibətlərin tarixi əsrlərdir var”.

APA xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, müstəqillik illərində isə münasibətlərimizin tarixi 35 ilə yaxınlaşır: “Tarixi kəsimdə çox çətin dövrlər olub, dövlətçiliyimiz üçün çox ciddi çağırışlar olub. Azərbaycan-Gürcüstan münasibətlərini səciyyələndirən məqam ondan ibarətdir ki, bizim hər zaman mehriban dostluq, qonşuluq münasibətlərimiz olub. Münasibətlərimiz bir-birinin daxili işinə qarışmamağa, beynəlxalq hüquqa əsaslanıb. Bu gün dövlətlərimiz arasında olan münasibət ən yüksək səviyyədədir”.

Seçilən
2
1
apa.az

2Mənbələr