Papa Fransisk yıxılaraq sağ qolundan zədə alıb.
"Unikal" xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.
"Bu səhər Santa Marta evində yıxılma nəticəsində Papa Fransisk sağ qolunda xəsarət alıb, lakin heç bir sınıq yoxdur", - deyə məlumatda bildirilir.