AZ

Ceyhun Bayramov: Azərbaycan və Gürcüstanın iştirakı ilə bölgədə qlobal miqyaslı layihələr həyata keçirilir

“Sevindirici hal ondan ibarətdir ki, ölkələrimizin iştirakı ilə bu bölgədə qlobal miqyaslı layihələr həyata keçirilir”.

APA xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, daha geniş coğrafiyanın enerji xəritəsinin dəyişməsində bu layihələrin rolu olub və olacaq: “Bakı-Tblisi-Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizini xüsusi olaraq qeyd etməliyik. 2024-cü ildə başa çatmış Bakı-Tblisi-Qars dəmiryolu ilə yükdaşıma qabiliyyəti 1 milyon tondan 5 milyon tona qaldırılıb. Bu nəinki iki ölkə arasında olan ticarət dövriyyəsinin artırılması, eyni zamanda onun rəqabət qabiliyyətinin artırılması üçün önəmli layihədir. Bu layihələr tarixidir və uzun illər ərzində icra olunur. Həm ölkələrimizə, həm də daha geniş coğrafiyaya fayda verir”.

Seçilən
1
3
apa.az

4Mənbələr