AZ

Rusiya Vyetnama metro tikməyə kömək edəcək

Rusiyanın baş naziri Mixail Mişustin Vyetnama səfərinin yekunlarına dair iclasda bildirib ki, Rusiya şirkətləri Hanoy və Hoşimin şəhərlərində dəmir yolları və metroların tikintisində iştirak etmək niyyətindədirlər.

Qaziler.az “NEWS.ru”ya istinadla xəbər verir ki, bu barədə Rusiya hökumətinin mətbuat xidməti məlumat yayıb.

Bundan əlavə, Dananqda müəssisə Rusiya markalı QAZ avtomobillərinin yığılması üzrə dəstək alacaq.

“Bu gün bizim ağır maşınqayırma sektorunda, o cümlədən Vyetnama yerli lokomotivlərin, yük və sərnişin vaqonlarının tədarükü - şirkətlərimizin həm Hanoyda, həm də Hoşimində dəmir yolu infrastrukturunun və metro obyektlərinin tikintisində iştirakı üçün yaxşı əməkdaşlıq imkanlarımız var”, - Mişustin deyib.

QAZİLER.AZ

Seçilən
2
qaziler.az

1Mənbələr