AZ

“Mehracla razılığa gələ bilmədik, bu məsələ hazırda bağlanıb” – “Şamaxı” axtarışdadı

“Şamaxı”da yaşanan köklü dəyişikliklərdən xəbərdarsız. “Şirlər” “bayquşlar”la keçirdiyi son yoldaşlıq oyununda ehtiyat qapçısı Abdulla Seyidəhmədov mərkəz müdafiəçisi kimi meydana çıxıb. Daha sonra mövqeyini dəyişərək, hücumda oynayıb.

Görəsən, komanda hücumçu tapmaqda niyə çətinlik çəkir? “Şamaxı”nın Mehrac Baxşalı ilə danışıq apardığı, 700 manat maaş təklif etdiyi və hücumçunun razı olmadığı deyilir. Bu xəbərlər nə dərəcədə doğrudu? Bu sualları “Şamaxı”nın meneceri Kamran İsmayılova ünvanladıq:

“Komandadan çoxlu futbolçu ayrılıb. Doğrudan da, yeni futbolçular cəlb etməyə ehtiyacımız var idi. Komandamızın heyəti o dərəcə də geniş deyildi. Üstəlik bu ayrılılqar yeni futbolçulara ehtiyac yaratdı. İmkanımız daxilində bu işlə məşğuluq. Planlı şəkildə işləyirik. Transfer çalışmalarımız davam edir. İnanıram ki, istənilən mövqedə istədiyimizi həyata keçirə biləcəyik. Mehrac bir müddət bizim komandada baxışda oldu, dekabrda komanda ilə məşq etdi. Müəyyən bir marağımız var idi. Danışıqlarımız da oldu. Amma Mehracla razılığa gələ bilmədik, bu məsələ hazırda bağlanıb. Bu danışıqlar iki tərəf arasında olan məsələdi. Bu barədə heç vaxt açıqlama verməmişik və verməyəcəyik. Təsdiq edirəm ki, bizdə baxışda olub. Amma razılıq əldə olunmayıb. Hazırda aktuallığını itirib”.

ƏSƏD SEYİDOV
Seçilən
1
football-plus.az

1Mənbələr