AZ

M.Zaxarova Aİ-nin Ermənistandakı müşahidə missiyasının qarşıdurma yaradan mahiyyətini qeyd edib

Moskva, 16 yanvar, AZƏRTAC

Moskva mütəmadi olaraq Aİ-nin Ermənistan ərazisində paramilitar adlanan müşahidə missiyasının mənfi münasibətindən və qarşıdurma yaradan mahiyyətindən danışır.

AZƏRTAC xəbər verir ki, bu sözləri keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Bu missiyanın anti-Rusiya, anti-Azərbaycan, anti-İran məqsədləri göz qabağındadır. Üstəlik, NATO ölkələri də ona qoşulur. Aydındır ki, bu, kollektiv Qərbin regionda mövcudluğunu möhkəmləndirmək üçün istifadə etdiyi geosiyasi layihədir. Onun məqsədləri bizim tərəfimizdən yaxşı başa düşülür: vəziyyətin sabitliyini pozmaq və ondan region xalqlarına qarşı istifadə etmək”, -deyə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib.

Diplomat əlavə edib: “Aİ missiyası Cənubi Qafqaz üçün xarici qurumdur və regionun üzləşdiyi bütün aktual problemlər kənar müdaxilə olmadan kollektiv səylər əsasında həll edilməlidir və bu, baş verə bilər”.

O, Aİ missiyasının Ermənistanda yerləşdirilməsi qərarının Bakının və digər regional oyunçuların razılığı olmadan qəbul edildiyini vurğulayıb.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Seçilən
22
34
azertag.az

10Mənbələr