"Əl-Hilal"ın hücumçusu Neymar karyerasını "Çikaqo Fayr"da davam etdirə bilər.
Publika.az xəbər verir ki, bu barədə "L'Équipe" məlumat yayıb.
Həftənin ortasında MLS klub rəhbərləri Neymarın atası və onun meneceri Pini Zahavi ilə görüşüblər. Çikaqo təmsilçisi hücumçuya "İnter Mayami"də çıxış edən Lionel Messi ilə eyni maliyyə şərtlərini təklif etməyə hazırdır. Lakin Neymarın atası daha yüksək maaşa ümid edir.
2024-cü ildə 32 yaşlı Neymar "Əl-Hilal"ın heyətində cəmi 2 dəfə meydanda 42 dəqiqə keçirib. Eyni zamanda, braziliyalı forvardın illik maaşı 101 milyon avro təşkil edib.