AZ

"Bank of America"nın xalis mənfəəti proqnozları üstələyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Bank of America” gözləniləndən daha yaxşı mənfəət əldə edib.

Banco.az xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının ikinci ən böyük kredit təşkilatı olan “Bank of America”nın xalis mənfəəti ötən ilin son rübündə 6,7 milyard dollara və ya səhm başına 82 sentə yüksəlib. Əvvəlki il ümumi mənfəət 3,1 milyard dollar, səhm başına gəlir isə 35 sent səviyyəsində olmuşdu.

Bank sektorunun nümayəndələri prezident seçilmiş Donald Trampın iş dünyasını dəstəkləyəcək siyasətlər tətbiq edəcəyini nəzərə alaraq 2025-ci ilin sektorda fəaliyyətlər baxımından daha güclü olacağını gözləyirlər.

“Bank of America”nın investisiya bankçılığı haqları dördüncü rübdə əvvəlki illə müqayisədə 44% artaraq 1,7 milyard dollara çatıb.

Bankın xalis faiz gəlirləri ilin dördüncü rübündə 14,4 milyard dollar olub. Gözləntilərə əsasən, bu göstərici 14,27 milyard dollar olmalı idi.

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
18
banco.az

1Mənbələr