AZ

12 il sonra Hələbdə Türkiyənin Baş Konsulluğu fəaliyyətə başlayacaq

Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyənin Suriyanın Hələb şəhərindəki baş konsulluğunun yanvarın 20-də işə başlayacağını bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Fidan Ankarada Suriyanın yeni administrasiyasının xarici işlər naziri Əsəd Həsən Şeybani ilə görüşündən sonra deyib.

Fidanın sözlərinə görə, konsulluq 12 illik fasilədən sonra açılacaq.

Türkiyənin terror təşkilatlarına qarşı mübarizədə üçüncü ölkələrlə əməkdaşlıqda əhəmiyyətli təcrübəyə malik olduğunu qeyd edən Hakan Fidan, Suriyanın yeni administrasiyası ilə də oxşar əməkdaşlıq etmək istədiklərini vurğulayıb.

Seçilən
6
1
operativmm.az

2Mənbələr