Ermənistandakı revanşist meyillər Azərbaycan üçün narahatlıq mənbəyidir.
Publika.az xəbər verir ki, bunu Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə birgə mətbuat konfransında deyib.
“Cənubi Qafqazdakı təhlükəsizlik mühiti, Ermənistan-Azərbaycan postmünaqişə məsələsi də bugünkü görüşün müzakirə mövzusu olub. Azərbaycan-Gürcüstan münasib ətlərini səciyyələndirən amillərdən biri də bir-birimizin ərazi bütövlüyünü dəstəkləməyimizdir. Ermənistanın Azərbaycana münasibətində isə biz bunu deyə bilmərik”, - XİN başçısı vurğulayıb.
C.Bayramov əlavə edib ki, Azərbaycan hərbi güclə beynəlxalq hüququn tələblərini icra etmək məcburiyyətində qalıb: