Braziliyanın Amazonas əyalətinin həvəskar komandasının 16 yaşlı qapıçısı Edson Lopes Qama məşq zamanı sinəsi ilə penalti zərbəsini qaytararkən aldığı zərbədən dünyasını dəyişib.
Fanat.Az yerli mətbuata istinadən xəbər verir ki, top onun döş sümüyü ilə diafraqma arasındakı nahiyəyə dəyib.
Güclü zərbə nəticəsində yıxılan qolkiperin şiddətli ağrı hiss edib. Təcili yardım maşını ilə 11 saat ərzində xəstəxanaya aparılan futbolçunun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, hadisəyə qədər Edson Lopes Qamanın ürək xəstəliyindən əziyyət çəkməyib.