AZ

XİN başçısı: Sülh sazişi üzrə yüksək nəticələrə nail olsaq da, Ermənistanın militarist siyasəti bizdə ciddi şübhələr yaradır

“Azərbaycan və Ermənistan sülh sazişi üzrə yüksək nəticələrə nail olsa da, eyni zamanda delimitasiya prosesində inkişafa nail olsaq da Ermənistanda revanşist meyllərin olması, bu dövlətin militarist siyasət yürütməsi və Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları saxlaması bizdə ciddi şübhələr yaradır”.

APA xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, eyni zamanda azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri barədə də müzakirələr aparılıb: “Hesab edirik ki, Gürcüstan şirkətləri də azad edilmiş ərazilərdə yaradılan şəraitdən faydalana bilərlər”.

Seçilən
1
4
apa.az

6Mənbələr