“Neftçi”dən ayrılan Kilan Lebon sosial şəbəkədə paylaşım edib.
Rekord.az xəbər verir ki, Sent-Martin millisinin 27 yaşlı üzvü “Neftçi”dən ayrılması ilə bağlı bunları qeyd edib:
“Bu gözəl klubdan iki ildən sonra vidalaşmağın vaxtı gəldi. İki il ərzində klubda çalışan bütün insanlara, bütün azarkeşlərə və əlbəttə ki, komanda yoldaşlarıma təşəkkür edirəm. “Neftçi” formasını geyinmək və Azərbaycanın ən böyük klubunu təmsil etmək çox xoş idi. Həmin iki il həyatımda böyük müsbət dəyişiklik oldu, bunu heç vaxt unutmayacam. “Neftçi”yə və klubu ürəkdən sevən bütün insanlara uğurlar arzulayıram. Ümid edirəm ki, sizə meydanda bir az da olsa, sevinc bəxş etmişəm. Özünə yaxşı bax, “Forza Neftçi”.
Lebon 2023-cü ildə “Astana”dan “Neftçi”yə keçmişdi.