AZ

Nə üçün bu qərar Bakının razılığı olmadan verilir? - Zaxarova

Moskvanın Ermənistandakı Avropa Birliyinin (AB) missiyasına münasibəti mənfidir.

Aktual.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Zaxarova vurğulayıb ki, AB missiyası Cənubi Qafqaz regionuna yad cisimdir:

"Əminik ki, Cənubi Qafqaz qarşısında dayanan bütün məsələlər xaricdən müdaxilə olmadan region ölkələrinin kollektiv səyləri ilə həll oluna bilər. Belə bir sual vermək istəyirəm: Əgər AB missiyası sabitliyə nail olmaqda bu qədər qərarlıdırsa, nə üçün mandatının uzadılması qərarı, eləcə də o vaxt missiyanın yerləşdirilməsi qərarı Bakının razılığı olmadan verilir, nə üçün regionda vəziyyətin yaxşılaşdırılmasında xüsusi marağı olan regional oyunçunun rəyi nəzərə alınmır?”

Seçilən
1
10
ulusum.az

10Mənbələr