AZ

Gürcüstan XİN başçısı: Biz regionda sülhün tərəfdaşı olacağıq

“Gürcüstanda yenə işğal problemi var, regionda baş verən hadisələr daha geniş miqyasda təhdidlər yaradır”.

APA xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, ölkəsinin ərazi bütövlüyünün, suverenliyinin dəstəklənməsi çox mühümdür: “Biz regionda sülhün tərəfdaşı olacağıq. Biz hər zaman mehriban qonşuluğa öz töhfəmizi verəcəyik. Bu da bizim regionun iqtisadi potensialını artıracaq. Biz daha intensiv əməkdaşlığımızı davam etdirəcəyik”.

Seçilən
1
1
apa.az

2Mənbələr