AZ

Avropaya yaşıl enerjinin çatdırılması layihəsinə bir çox ölkələr maraq göstərir- Ceyhun Bayramov

Avropaya yaşıl enerjinin çatdırılması layihəsinə bir çox ölkələr maraq göstərir. Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov deyib.


"Avropaya yaşıl enerjisinin çatdırılması üçün yaşıl kolidor layihəsinə bir çox ölkələr maraq göstərir. Bu layihəyə ilkin olaraq 2022-ci ildə başlanılıb. Hazırda prosesdə Azərbaycan,Gürcüstan, Macarıstan və Ruminiya var",- nazir bildirib.


Nazir vurğulayıb ki, XXI əsrin əsas inkişafını müəyyən edən fiber optik xətlərin formalaşması üçün Azərbaycan və Gürcüstan arasında xeyli layihələr icra olunur.
 
"İki ölkə arasında humanitar sahə- elm, təhsil, mədəniyyət və turizmə xüsusi diqqət yetiririk. Ölkədə icra olunan layihələri məmununla qeyd edə bilərik"- nazir
bildirib.
 
Gülnar Nazimqızı

www.anews.az
Seçilən
25
anews.az

1Mənbələr