Təhsil müəssisələrində yanvarın 17-18-də 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş xüsusi dərslər keçiriləcək."Ulusum".az-ın məlumatına görə, bu barədə elm və təhsil nazirinin müvafiq əmri ilə təsdiqlənmiş “20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı Elm və Təhsil Nazirliyinin Tədbirlər Planı”nda qeyd edilib.Plana əsasən, təhsil müəssisələrində 20 Yanvar faciəsinə həsr olunmuş kitab, foto və rəsm sərgilərinin, ədəbi-bədii kompozisiyaların təşkili, konfrans, seminar, mühazirə və "dəyirmi masa"ların keçirilməsi nəzərdə tutulur.
Diqqət Çəkənlər
«20 milyon insan»: Rada deputatı Zelenskinin planını açıqlayıb
Bayden, vida müraciətində Tramp administrasiyasına uğurlar arzuladığını bildirib
Bakıda Türkdilli Dövlətlər Təşkilatının toplantısı keçirilir