XİN: Ermənistanın sürətlə silahlanması Azərbaycan üçün hələ də ciddi narahatlıq yaradır
Ermənistanın sürətlə silahlanması Azərbaycan üçün hələ də ciddi suallar və narahatlıq yaradır. Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov deyib.
"Ermənistanın sürətli silahlanması bizdə hələ də ciddi suallar yaradır. Qarabağda bərpa işləri, məcburi köçkünlərin dönüşü- mina təhdidinin nə qədər böyük zərbə vurduğunu da bildirmişik",- nazir bildirib.