AZ

Ermənistan silahlanır və revanşist meyillər var - Nazir

Azərbaycan Ermənistanla sülh sazişi üzrə yüksək nəticələrə, eyni zamanda, delimitasiya prosesində inkişafa nail olsa da, Ermənistanda revanşist meyillərin olması, bu dövlətin militarist siyasət yürütməsi və Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları saxlaması bizdə ciddi şübhələr yaradır.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda gürcü həmkarı Maka Boçorişvili ilə birgə keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, rəsmi Bakı İrəvanı dəfələrlə sülhə çağırıb:

"Ermənistan tərəfindən torpaqlarımız uzun illər işğal altında saxlanılıb. Buna baxmayaq, Azərbaycan dövləti Ermənistana bu qanlı münasibətə son qoyaraq, sülh danışıqlarına çağırıb. Lakin Ermənistanda militarizasiya prosesi və revanşist qüvvələrə meyillilik böyük təəssüf doğurur", - nazir vurğulayıb.


Müəllif: Ceyhun Ağazadə
Seçilən
0
teleqraf.com

1Mənbələr