Slovakiyada bir şagird gimnaziyaya bıçaqla hücum edib, ən azı iki nəfər ölüb.
Slovakiyada gimnaziyaya bir şagirdin bıçaqla hücumu nəticəsində iki nəfər ölüb, insident nəticəsində yaralananlar da var.
"Operativ Media" xəbər verir ki, bu barədə Slovakiyanın TA3 telekanalı məlumat yayıb.
“Hazırda təsdiqlənən məlumatlara görə, insident nəticəsində azı iki nəfər ölüb, bir nəfərin vəziyyəti ağırdır, digər yaralıların sayı hələ ki, məlum deyil”, - telekanal bildirib.
KİV-in məlumatına görə, fövqəladə hadisə Slovakiyanın Spisska Stara Ves şəhərində baş verib.