AZ

“Anglo Asian Mining” 2024-cü ildə qızıl hasilatının həcmini açıqlayıb

Böyük Britaniyanın “Anglo Asian Mining PLC” şirkəti (AAM, Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə operator) 2024-cü ildə 16,76 min unsiya qızıl ekvivalentində qiymətli metal hasil edib.

Report” şirkətin məlumatına istinadən xəbər verir ki, bu, 2023-cü ilin göstəricisindən 1,9 dəfə azdır.

"Anglo Asian" 2024-cü ildə 15,073 min unsiya qızıl (azalma 30,7 %), 28,258 min unsiya gümüş (azalma 1,9 dəfə), 377 ton mis (azalma 5,7 dəfə) hasil edib.

“Gədəbəy” yatağından qızıl və gümüş qarışıqlı xəlitələr 14,927 min unsiya qızıl (azalma 26,5 %), 12,007 min unsiya gümüş (artım 25,9 %) əldə edilib.

2024-cü ildə dünya bazarlarında qızıl külçə satışları 15,251 min unsiya (azalma 3,6 %) təşkil edib. Qızılın orta satış qiyməti 2,432 min ABŞ dolları/unsiya olub. 2023-cü ildə şirkət tərəfindən qızılın bir unsiyasının orta satış qiyməti 1,851 min ABŞ dolları təşkil edib”, - məlumatda qeyd olunur.

Ötən il AAM 1,857 min ton mis konsentratı hasil edib (azalma 6,6 dəfə) və bunun 1,504 min tonu (azalma 7,4 dəfə) 2,79 milyon ABŞ dollarına (azalma 5,7 dəfə) satılıb.

Xatırladaq ki, 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə 6 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51 %, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49 % təşkil edir.

Hazırda Azərbaycanda 8 müqavilə sahəsini işləmək hüququna malik olan AAM hələlik iki müqavilə sahəsində - "Gədəbəy" və "Qoşa" yataqlarında qiymətli metal hasilatı ilə məşğul olur.

Seçilən
24
21
report.az

10Mənbələr