2024-cü ildə Azərbaycandan Gürcüstana 2023-cü illə müqayisədə 9,8% çox – 219 356 nəfər səfər edib.
İndex.az xəbər verir ki, bu barədə Gürcüstan Milli Turizm Administrasiyası məlumat yayıb.
Məlumata görə, ötən il ölkəyə ümumilikdə 7 368 149 beynəlxalq ziyarətçi gəlib ki, bu da əvvəlki ilə nisbətən 4,2 % çoxdur.
İl ərzində Gürcüstana ən çox səfər edənlər Rusiya (1 421 923 ziyarətçi,+ 0,2 %), Türkiyə (1 336 834 ziyarətçi, – 4,3 %), Ermənistan (948 299 ziyarətçi, – 1,5 %), İsrail (310 982 ziyarətçi,+ 43 %) və Azərbaycan vətəndaşları olub.
Hesabat dövründə Gürcüstana Mərkəzi və Şərqi Avropadan 3 312 874 nəfər, Şərqi və Aralıq dənizi Avropasından 1 653 029 nəfər, Qərbi Avropadan isə 152 900 nəfər gəlib.