AZ

"Orduda qadınların sayı artmalıdır" - Paşinyan

"Qadınların hərbi xidmətə cəlb olunması prosesləri çox ləng gedir, demək olar heç getmir".

"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan yanvarın 16-da hökumətin iclasında deyib.

"Aydındır ki, fəsadlar var, bizdə hətta patrul polisində də fəsadlar var. Amma bunu qeyd etməliyik, əhalimizin əksəriyyəti qadınlardır. Əgər biz qadınların potensialından tam istifadə etməmişiksə, bu o deməkdir ki, biz ölkəmizin inkişaf yolunu kəsirik, onu şansdan məhrum edirik, çünki siz öz resurslarınızın 40%-dən istifadə edə bilmirsiniz və o inkişaf imkanını əldə edə bilmirsiniz.

Bizə ən azı 50-100-ə çatmaq üçün həndəsi irəliləyiş lazımdır. Orduda qadınların sayı eksponent olaraq artmalıdır", - deyə Paşinyan qeyd edib.

Ağarza Elçinoğlu

Mənbə: unikal.az

Seçilən
2
2
unikal.az

3Mənbələr