AZ

"Ekspressbank” fəaliyyətini dayandıra bilər

"Ekspressbank” ASC-nin lisenziyası ləğv edilə bilər. 
 
"Qlobal.az"ın əldə etdiyi məlumata görə bankın bağlanmasına səbəb son zamanlar çoxsaylı şikayətlər və kredit portfelinin kiçilməsidir. 
 
"Ekspressbank” ASC-nin nizamnamə kapitalı hazırda 112 milyon manatdan çoxdur. 
 
"Ekspressbank” ASC-nin qanuni təmsilçisi Məmmədov Mehman Sabir oğludur. 
 
Ancaq Bankın  "Azərenerji”nin sabiq rəhbəri Etibar Pirverdiyevə məxsus olduğu barədə mediada dəfələrlə yazılıb. 
 
Etibar Pirverdiyev vəzifədən azad edildikdən sonra "Ekspressbank” ASC-nin sürətlə tənəzzülə getdiyi bildirilir. 

2024-cü ilin əvvəlində şirkətlər "Expressbank”dan 25 milyondan çox depoziti geri çəkib. 

Buna görə də bankın aktiv və mənfəətləri kiçilib. 
Seçilən
1
arqument.az

1Mənbələr