Bakı. Trend:
Gürcüstan Avropa İttifaqına namizəddir və bu istiqamətdəaddımlar atmalıyıq ki, son məqsədimizə çataq.
Trend xəbər verir ki, bubarədə bu gün Gürcüstan xarici işlər naziri Maka BoçorişviliAzərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə birgə Bakıdakeçirilən mətbuat konfransında çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, Gürcüstan üçün strateji tərəfdaşlıq çoxönəmlidir.
“Bu gün Azərbaycandayam və vəzifəmə başlarkən qonşularımızlaəlaqələrim burada başladı. Gürcüstan regionda sülhün tərəfdarıdır.Əgər lazım olsa, potensialımızdan tam istifadə edəcəyik ki,regionda təhlükəsizlik və əməkdaşlıq davam etsin”,- deyə obildirib.