1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Mən gürcüstanlı həmkarımla görüşümüz əsnasında bölgəmizlə bağlı təhlükəsizlik mühiti, Azərbaycan-Ermənistan postmünaqişə dövrünü də müzakirə etmişik".
Oxu.Az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov mətbuat konfransında deyib.
O bildirib ki, iki ölkə beynəlxalq hüquqa hörmətlə yanaşıb və suverenliyimizi qarşılıqlı dəstəkləmişik:
"Əfsuslar olsun ki, regionun digər ölkəsi Ermənistan haqqında bunu deyə bilmərik. Məhz bunun nəticəsində torpaqlarımız uzun illər işğal altında qalıb. Yalnız 2020-ci ildə torpaqlarımız işğaldan azad edildi və 2023-cü ildə ərazi bütövlüyümüz öz gücümüzlə tam bərpa edildi. Bu, uzun illər ərzində həyata keçirilən diplomatiya sayəsində əldə edildi. Bütün bunlara baxmayaraq, biz regionun təhlükəsizliyi üçün Ermənistana sülh əlimizi uzatmışıq. Çünki Cənubi Qafqaz hamımızın ortaq evidir.
Bütün bunlara baxmayaraq, Ermənistan konstitusiyasında Azərbaycana ərazi iddiaları hələ də qalıb və ölkə sürətlə silahlanır. Bu bizdə suallar yaradır".
Mərahim Nəsib