AZ

Hindistan bu sualtı qayıqları suya buraxıb

Çərşənbə günü, yanvarın 15-də Hindistan eyni vaxtda yerli istehsal olan “Vaqşir” sualtı qayığını, “Nilgiri” esminesini və Surat freqatını suya buraxdı.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Defence News” məlumat yayıb.

Ölkənin müdafiə naziri Rajnath Singh-in sözlərinə görə, Atlantik okeanı hazırda hərbi əhəmiyyətinə görə Hind okeanından aşağı səviyyədədir. “Hindistan öz maraqlarını qorumaq üçün donanmasını gücləndirməyə böyük əhəmiyyət verir” dedi nazir.

Baş nazir Narendra Modi, Mumbaydakı dövlətə məxsus Mazagon Tersanəsində çıxış edərkən , “üç böyük dəniz gəmisinin istismara verilməsi Hindistanın müdafiə sənayesi və dəniz təhlükəsizliyi sahəsində qlobal lider kimi vizyonunu həyata keçirməkdə irəliyə doğru əhəmiyyətli bir addım olduğunu” söylədi.

Dekabr ayında Birləşmiş Gəmiqayırma Korporasiyasının Yantar Baltik Gəmiqayırma Zavodu (PSZ) Layihə 11356 Tuşil freqatının Hindistan Hərbi Dəniz Qüvvələrinə təhvil verildiyini elan etdi.

Seçilən
3
nocomment.az

1Mənbələr