“Bütün potensiallardan istifadə edəcəyik ki, Gürcüstanın da ərazi bütövlüyü sülh şəraitində bərpa olunsun”.
APA xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, regionda sülh olmasına çalışacağıq: “Biz ABŞ-la pozitiv kontekstdə əlaqələrimiz olacağını gözləyirik. ABŞ-la strateji tərəfdaşlıq əldə olunmasını istəyirik. Eyni zamanda, bizim Çinlə strateji tərəfdaşlığımız var. Gürcüstanın milli maraqlarını beynəlxalq arenada qorumaq bizim əsas istiqamətlərdən biridir. Bizə bunun üçün dostlar, tərəfdaşlar lazımdır. Biz hər bir partnyorla tərəfdaşlığı dərinləşdirməyə böyük əhəmiyyət veririk”.