Qaradağ rayonunda strateji obyektin yaxınlığında qanunsuz ov edən şəxs saxlanılıb.
Bu barədə “Qafqazinfo”ya Su Nəqliyyatında Polis İdarəsindən məlumat verilib.
Bildirilib ki, yanvarın 16-da Su Nəqliyyatında Polis İdarəsinin Brokonyerlərə qarşı mübarizə bölməsinin və Abşeron xətt polis məntəqəsinin əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində idarənin xidməti ərazisində yerləşən və strateji obyekt sayılan “Göy” zavodun qarşısında qanunsuz ovla məşğul olan 1995-ci il təvəllüdlü Qaradağ sakini Süleymanov Mehdi Rasim oğlu saxlanılıb. Yoxlama zamanı ondan 1 ədəd 12 kalibrli ov silahı, 2 ədəd qaşqaldaq, 1 ədəd ördək maddi sübut kimi götürülüb.
Saxlanılan şəxs ov silahını mağazadan aldığını və daha əvvəl ov etmədiyini bildirib.
Faktla bağlı araşdırma aparılır.