Avstraliyada sosial media fenomeni olan qadın izləyicilərindən pul toplamaq üçün 1 yaşlı körpəsini dərmanlarla zəhərləməkdə təqsirli bilinib.
Gundem.az yerli mediaya istinadən xəbər verir ki, oktyabr ayında səhhətində yaranan problemlər səbəbiylə körpə xəstəxanaya yerləşdirilib.
Həkimlərin müayinəsindən sonra başladılan araşdırma nəticəsində qadın işgəncə, zəhərləmə, təhqir və fırıldaqçılıqda ittiham edilib. Polis araşdırmasında məlum olub ki, ötən il avqust və oktyabr ayları arasında qadın körpəyə həkim razılığı olmadan bir sıra dərmanlar verib.
Qadın körpənin fotolarını paylaşaraq izləyicilərdən 37,300 dollar (63 000 AZN) toplayıb. Onun haqqında sabah məhkəmə qərarı çıxarılacaq.