Azərbaycanın I kateqoriyalı futbol hakimlərinin təlim-məşq toplanışı başlayıb.
"Far.Az" xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Toplanış zamanı hər gün iki dərs və meydanda fiziki hazırlıq üzrə iki məşqin keçirilməsi nəzərdə tutulub. Üç gün davam edəcək prosesin son günündə hakimlərdən fiziki hazırlıq testi götürüləcək.
Qeyd edək ki, təlim-məşq toplanışı “Liv Bona Dea Arena”da baş tutur.